Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Hazırda oxunan: Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

601704

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov (67 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə macarıstanlı Petro Jitovozu 6:3 hesabı ilə məğlub edib. Bu, Avropa çempionatında Azərbaycanın 5-ci bürünc medalı olub.
 

Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) və Fərid Sadıxlı (55 kq) da bürünc medal sahibi olublar.


Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin