Haaland “Mançester Siti”dən ayrılmaq istəyir

Hazırda oxunan: Haaland “Mançester Siti”dən ayrılmaq istəyir

601690

Norveçli ulduz hücumçu Erlinq Haaland bu yay "Mançester Siti"dən ayrılmaq istəyir.

Bizim.Media xəbər verir ki, o, "Real Madrid"ə keçidə ciddi maraq göstərir. Məlumatlara görə, oyunçu "Real Madrid"dən gələcək təklifə açıqdır və fürsət yarandıqda bu transferə razı ola bilər.
 

"Real Madrid" prezidenti Florentino Perez uzun müddətdir Erlinq Haalandı komandaya cəlb etmək istəyir. Perezin uzunmüddətli planı Kilian Mbappeni və Erlinq Haalandı birlikdə "Bernabeu"da hücum xəttinin başında görməkdir.


Bu iki superulduzun birgə oynayacağı hücum "Real Madrid"in gələcək illərdə dominantlığını təmin etmək üçün ideal variant kimi qiymətləndirilir.

Erlinq Haaland hazırda "Mançester Siti"də müqaviləsi 2034-cü ilin yayına qədərdir, lakin sərbəstqalma maddəsi və ya danışıqlar yolu ilə transferin reallaşması mümkündür.

"Mançester Siti" rəhbərliyi oyunçunu saxlamaq istəsə də, Haalandın özü "Real Madrid" kimi tarixi klubda oynamaq fürsətini yüksək qiymətləndirir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin