Avropa çempionatının son günündə 4 güləşçimiz mübarizə aparacaq

Hazırda oxunan: Avropa çempionatının son günündə 4 güləşçimiz mübarizə aparacaq

601576

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki,  turnirin sonuncu - 7-ci günündə Azərbaycanın 4 güləşçisi xalça üzərinə çıxacaq.

Elmin Əliyev (82 kq) finalda gürcüstanlı Tornike Mikeladze ilə üz-üzə gələcək.

Ayxan Cavadovla (60 kq) Fərid Xəlilov (67 kq), bürünc medal uğrunda yarışacaq.

Fərahim Mustafayev (72 kq) isə təsəlliverici görüşə çıxacaq.
 

Qeyd edək ki, Azərbaycanlı güləşçilər U-23 Avropa çempionatında indiyə qədər ümumilikdə 13 medal qazanıblar. Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu olublar.


Fərid Sadıxlı, Gültəkin Şirinova (hər ikisi 55 kq), Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ruzanna Məmmədova (62 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq) gümüş, İlkin Qurbanov (63 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal sahibi olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin