Futbolçular meydandan təxliyə olundu

Hazırda oxunan: Futbolçular meydandan təxliyə olundu

601537

İraq Ulduzlar Liqasında “Erbil” - “Əl-Minaa” oyunu hərbi təhlükə səbəbindən müvəqqəti dayandırılıb.

Bizim.Media xəbər verir ki, 22-ci tur çərçivəsində “Franso Hariri” stadionunda keçirilən matç zamanı şəhər üzərində raket trayektoriyaları müşahidə olunub.

Təhlükəsizlik səbəbindən hakim briqadası futbolçuları dərhal meydandan çıxararaq stadionun daxili dəhlizlərinə aparıb. Hava məkanı təhlükəsiz elan edildikdən sonra isə qarşılaşma yenidən bərpa olunub.

Qeyd edək ki, matç “Erbil”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran əleyhinə birgə hərbi əməliyyata başlayıb. İran isə cavab olaraq ABŞ-ın hərbi bazalarına və İsrail, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyndəki obyektlərinə zərbələr endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin