Braziliya millisinin keçmiş kapitanı, "Portu"nun futbolçusu Tiaqo Silva Avropa Liqasında yeni rekorda imza atıb.
Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Silva ötən gecə 1/8 finalın ilk oyunlaı çərçivəsində "Ştutqart"la matça (2:1) start heyətdə başlayıb. Bu, onun turnirdəki ilk oyunu olub. Nəticədə 41 yaş 171 günlüyündə olan müdafiəçi Avroliqa tarixində debüt edən ən yaxşı futbolçu adını qazanıb.
Əvvəlki rekord "Atletik"in əfsanəvi hücumçusu Aritz Adurizə məxsus idi. O, turnirdə 40 yaş 245 günlüyündə debüt etmişdi.
Xatırladaq ki, T.Silva 2025-ci ilin sonunda "Portu" ilə müqavilə imzalayıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:23 / 14.03.2026
Tiaqo Silva Avroliqa tarixinin rekorduna İMZA ATDI
Hazırda oxunan: Tiaqo Silva Avroliqa tarixinin rekorduna İMZA ATDI
Hazırda oxunan: Tiaqo Silva Avroliqa tarixinin rekorduna İMZA ATDI
601435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































