Nəriman Axundzadəni sıralarına qatan "Kolambus Kru" daha bir azərbaycanlı futbolçuya elçi düşüb.
Bizim.Media xəbər verir ki, 23 yaşlı hücumçu ilə müqavilə bağlamış ABŞ klubu bu dəfə də "Qarabağ"ın qapısını döyüb.
MLS təmsilçisi indi də Toral Bayramovun xidmətində maraqlıdır. "Kolambus Kru" adıçəkilən müdafiəçiyə iddiasını rəsmi surətdə ortaya qoyub.
Ona görə Azərbaycan çempionuna müraciət göndəriblər.
"Qarabağ" yaxınlarda Jeremi Qnalini AEK-dən transfer edib. Kipr klubundan alınan sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.
Fransalı legionerin gəlişindən sonra Toral Bayramovun ilk "11-lik"də yer almaq ehtimalı bir qədər də azalıb. Odur ki, "Xəzər Lənkəran"ın yetirməsinin yayda düşərgəni dəyişməsi gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:10 / 13.03.2026
ABŞ klubu “Qarabağ”ın daha bir futbolçusunu İSTƏYİR
Hazırda oxunan: ABŞ klubu “Qarabağ”ın daha bir futbolçusunu İSTƏYİR
Hazırda oxunan: ABŞ klubu “Qarabağ”ın daha bir futbolçusunu İSTƏYİR
601402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































