Millimiz ilk qələbəsini QAZANDI

Hazırda oxunan: Millimiz ilk qələbəsini QAZANDI

601396

Bu gün FİBA Çempionlar Kubokunda iştirak edən qadınlardan ibarət 3x3 Azərbaycanın basketbol millisi B qrupunda ilk oyunlarını keçirib.

Bizim.Media xəbər verir ki, komanda birinci qrup oyununda Kanada seçməsinə 10:16 hesabı ilə məğlub olsa da, ikinci görüşdə ev sahibi Tailanda 21:8 hesabı ilə qalib gəliblər.

Millimizin qrupda sonuncu oyunu sabah Bakı vaxtı ilə saat 12:30-da İspaniya yığmasına qarşı olacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin