“Atletiko” “Tottenhem”in futbolçusu ilə MARAQLANIR

Hazırda oxunan: “Atletiko” “Tottenhem”in futbolçusu ilə MARAQLANIR

601216

"Tottenhem"in futbolçusu Məhəmməd Kudus karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Atletiko" qanalı vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Madrid nəhəngi Kudusla 4,5 illik müqavilənin şərtlərini razılaşdırıb. "Atletiko" 25 yaşlı oyunçunun klubu ilə anlaşsa, keçid yayda baş tuutacaq.

Qeyd edək ki, "Tottenhem" Məhəmməd Kudusu 2025-ci ilin iyulunda "Vest Hem"dən 63 milyon avroya transfer edib. Qana millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin