"Mançester Siti"nin futbolçusu La Liqaya KEÇƏ BİLƏR

Hazırda oxunan: "Mançester Siti"nin futbolçusu La Liqaya KEÇƏ BİLƏR

601198

"Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiol karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, jurnalist Rocer Torellonun məlumatına görə, "Barselona" artıq bir müddətdir ki, xorvatiyalı futbolçunun çıxışını yaxından izləyir.
 

Kataloniya klubu yay transfer pəncərəsi ərəfəsində 24 yaşlı müdafiəçini heyətinə qatmaq imkanlarını araşdırır.


2023-cü ildə "Leyptsiq"dən 90 milyon avro qarşılığında "şəhərlilər"in heyətinə qoşulan Qvardiolun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, futbolçu cari mövsümdə meydana çıxdığı 23 rəsmi oyunda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin