Azərbaycan U-20 yığma komandasının yeni baş məşqçisi Rui Jorjenin nə qədər maaş alacağı dəqiqləşib.
Bizim.Media xəbər verir ki, portuqaliyalı mütəxəssis mətbuatda yayıldığı kimi illik 500 min avro almayacaq. 53 yaşlı məşqçinin 230-250 min avro arasında gəlir əldə edəcək.
Qeyd edək ki, AFFA Rui Jorje ilə rəsmi müqavilə imzalayıb. O, məşqçi karyerasına “Belenenseş” klubunda başlayıb, 2006–2010-cu illərdə klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009 mövsümündə isə qısa müddət əsas komanda ilə çalışıb.
Bununla yanaşı, Jorje Portuqaliyanın U-21 və U-23 yığmalarına da rəhbərlik edib.
Bizim.Media
































































































