“Qarabağ”dan Braziliya klubuna RƏSMİ TƏKLİF

Hazırda oxunan: “Qarabağ”dan Braziliya klubuna RƏSMİ TƏKLİF

601083

"Qarabağ" heyətini yeni legionerlə gücləndirmək istəyir.

Bizim.Media “pe90minutos”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi "Sport Resife"nin müdafiəçisi Marselo Ajulla ilə yaxından maraqlanır.

Azərbaycan çempionu 23 yaşlı futbolçunun keçidini həll etmək üçün Braziliya B seriyasında mübarizə aparan klubla danışıqlara da start verib.
 

Marselo üçün rəsmi təklifin göndərildiyi iddia olunur. Amma “Qarabağ”ın ilk təklifi “Sport Resife”ni razı salmayıb. Mərkəz müdafiəçisinin hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.


Onun transfer qiyməti 100 min avro kimi qiymətləndirilir. Ajul indiyə qədər “Sport Resife”dən savayı Avropada “Dubrava”(Xorvatiya) klubunda oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin