Klub biletlərin qiymətini endirdi, tənqidlə ÜZLƏŞDİ

Hazırda oxunan: Klub biletlərin qiymətini endirdi, tənqidlə ÜZLƏŞDİ

601027

"Nottingem Forest" Avropa Liqası çərçivəsində keçiriləcək "Midtyullan"la matçdan öncə azarkeşləri üçün bilet qiymətlərini endirib.

Bizim.Media xəbər verir ki, "İngiltərə aksenti" nəşrinin yaydığı məlumata görə, klub rəhbərliyi "Siti Qraund" stadionunun tribunalarını tam doldurmaq məqsədilə bu addımı atıb.
 

Lakin klubun bu təşəbbüsü sosial şəbəkələrdə azarkeşlərin böyük narazılığına səbəb olub. Buna səbəb bir çox tərəfdarın artıq biletləri daha baha qiymətə almasıdır.


Rəhbərliyin bu kampaniyası gecikmiş bir addım kimi qiymətləndirilir və azarkeşlər tərəfindən tənqidlə qarşılanıb.

Qeyd edək ki, "Nottinqem Forest" və "Midtyullan" arasındakı qarşılaşma mmartın 13-də baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin