Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi Yusif Dursunov (125 kiloqram) finalda rusiyalı Həbib Davudqadjiyevlə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Bununla da Yusif gümüş medal əldə edib.
Qeyd edək ki, Azərbaycan daha əvvəl sərbəst güləşçilərdən Ali Tsokayev (92 kiloqram) qızıl medal qazanıb.
Ceyhun Allahverdiyev (61 kiloqram), Vasif Bağırov (57 kiloqram), Səbuhi Əmiraslanov (79 kiloqram) gümüş, Musa Ağayev (65 kiloqram), Ramik Heybətov (70 kiloqram) və Zəfər Əliyev (97 kiloqram) bürünc medal əldə ediblər.
Bizim.Media

- A-
- A
- A+
İdman
23:45 / 11.03.2026
Daha bir güləşçimiz Avropa çempionatında medal qazandı
Hazırda oxunan: Daha bir güləşçimiz Avropa çempionatında medal qazandı
Hazırda oxunan: Daha bir güləşçimiz Avropa çempionatında medal qazandı
601017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































