Türkiyə kubokunun PÜŞKÜ ATILDI

Hazırda oxunan: Türkiyə kubokunun PÜŞKÜ ATILDI

601001

Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçilərindən “Beşiktaş” bu raundda “Alanyaspor”la üz-üzə gələcək.

“Fənərbağça” “Konyaspor”la, “Qalatasaray” “Gənclərbirliyi” ilə münasibətlərə aydınlıq gətirəcək. “Trabzonspor” isə “Samsunspor”un müqavimətini qırmağa çalışacaq.
 

“Qalatasaray” – “Gənclərbirliyi” cütünün qalibi növbəti raundda “Samsunspor” – “Trabzonspor” duelinin güclüsü ilə, “Beşiktaş” – “Alanyaspor” görüşündə üstün olacaq tərəf “Konyaspor” – “Fənərbağça” qarşılaşmasının qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.


1/4 final oyunları 21-22-23 apreldə, yarımfinal matçları 12-13-14 mayda, final isə 24 mayda baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin