Avropanın "Top-5" liqalarında mübarizə aparan klublar arasında son iki mövsümün (ötən mövsümün əvvəlindən bəri) antirekord göstəriciləri bəlli olub.
Bizim.Media xəbər verir ki, "Sofascore" statistika portalının yaydığı məlumata görə, bütün turnirlər daxil olmaqla ən çox məğlubiyyət alan komanda Londonun "Tottenhem" klubudur.
İqor Tudorun komandası bu müddət ərzində çıxdıqları 102 rəsmi oyunun 45-də (44%) meydanı məğlub tərk ediblər.
Dünən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Madrid "Atletiko"suna öz meydanında 2:5 hesabı ilə uduzan London təmsilçisi üçün vəziyyət getdikcə kritikləşir.
Hazırda İngiltərə Premyer Liqasında 29 turdan sonra cəmi 29 xal toplayan "Tottenhem" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Komandanı təhülkəli zonadan cəmi 1 xal ayırır.
Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finala qədər yüksəlməsinə baxmayaraq "Tottenhem" daxili çempionatda tarixinin ən çətin dövrlərindən birini yaşayır.
Bizim.Media
































































































