Kamilo Duran Kolumbiya millisinə ÇAĞIRILDI

Hazırda oxunan: Kamilo Duran Kolumbiya millisinə ÇAĞIRILDI

600772

"Qarabağ"ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə klub məlumat yayıb. 24 yaşlı futbolçu martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub.

Qeyd edək ki, indiyədək milli komandaya dəvət olunmayan Duran “Qarabağ”ın heyətində bu mövsümki çıxışından sonra Kolumbiya yığmasına çağırılıb.

Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-ın Orlando şəhərində baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin