"Neftçi"nin baş məşqçisi Yuri Vernidub ukraynalı cinah oyunçusu Andrey Ştoqrinin komandadan ayrılacağı ilə bağlı şayiələrə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, “UA-Futbol”a danışan ukraynalı həmyerlisi haqda yayılan xəbərlərin feyk olduğunu bildirib:
"Hamısı yalan xəbərlərdir. Ştoqrinin 2027-ci ilin yayına qədər müqaviləsi var və bildiyim qədəri ilə heç yerə transfer olunmaq planı yoxdur. O, komandamızda necə görünür? Onun özünün də güclü tərəfləri var. Bu yaxınlarda onu sağ cinah müdafiəçisi kimi oynatdım və o, yaxşı oynadı. Ştoqrin vicdanlı oyunçudur: dediyinizi edir. Əlindən gələni edir və maksimumunu verir. Ona heç bir sualım yoxdur".
Bizim.Media

- A-
- A
- A+
İdman
14:56 / 10.03.2026
Ştoqrin “Neftçi”ni tərk edir? - Baş məşqçidən AÇIQLAMA
Hazırda oxunan: Ştoqrin “Neftçi”ni tərk edir? - Baş məşqçidən AÇIQLAMA
Hazırda oxunan: Ştoqrin “Neftçi”ni tərk edir? - Baş məşqçidən AÇIQLAMA
600727
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































