“Neftçi”nin futbolçusu Murad Məmmədovu transfer etmək istəyən klubların sayı artır.
Bizim.Media xəbər verir ki, son olaraq Macarıstanın məşhur “Ferentsvaroş” klubun onu transfer siyahısına daxil edib.
Bundan əvvəl isə futbolçuya Kiprin “Aris” klubundan təklif gəlmişdi. Murad Məmmədov özü xaricə getmək istəsə də, “Neftçi”də də qala bilər. Klub rəhbərliyi hazırda gənc oyunçunun maaşını yüksəltmək barədə fikirləşir.
Qeyd edək ki, Məmmədovun “Neftçi” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Bizim.Media






























































































