"UFC" Ağ Evdə keçiriləcək turnirin əsas döyüşünü RƏSMƏN ELAN ETDİ

Hazırda oxunan: "UFC" Ağ Evdə keçiriləcək turnirin əsas döyüşünü RƏSMƏN ELAN ETDİ

600325

"UFC" iyunun 14-də Ağ Evdə keçiriləcək turnirin əsas döyüşünü rəsmən elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "UFC"nin mətbuat xidməti məlumat yayıb.

Yüngül çəki dərəcəsində çempionluq kəməri uğrunda amerikalı Castin Qetji ilə İspaniya-Gürcüstan təmsilçisi İliya Topuriya qarşılaşacaqlar.
 

Əvvəllər Topuriya ailə vəziyyəti ilə əlaqədar yüngül çəkidəki titulundan imtina etmişdi. Vakant qalan kəmər uğrunda Castin Qetji və Peddi Pimblett üz-üzə gəlib və amerikalı döyüşçü hakimlərin yekdil qərarı ilə qalib gəlib.


2025-ci ilin iyununda baş tutan son döyüşündə İliya Topuriya braziliyalı Çarlz Oliveyranı nokaut edib.

İspaniya-Gürcüstan təmsilçisi hələ də məğlubedilməzliyini qoruyur və 17 qələbəlik rekorda sahibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin