Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək

Hazırda oxunan: Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək

600294

Misli Premyer Liqasında XXIII turun daha iki oyunu bu gün keçiriləcək.

Bizim.Media xəbər verir ki, əvvəlcə "İmişli" Şamaxıda şəhərin eyniadlı komandasının qonağı olacaq.

Şamaxı şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.
 

Günün digər qarşılaşmasında isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 19:15-də start götürəcək görüş Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.


"Qarabağ" 46 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir. "Şamaxı" 26 xalla səkkizinci, 21 xala malik "İmişli" isə doqquzuncudur.

Qeyd edək ki, turun ilk matçında "Sumqayıt" və "Karvan-Yevlax" kollektivləri bərabərə qalıb - 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin