"Real"ın müdafiəçisi sıradan çıxdı

Hazırda oxunan: "Real"ın müdafiəçisi sıradan çıxdı

600246

"Real"ın bir neçə futbolçusunun hazırkı vəziyyətləri bəlli olub.

Bizim.Media xəbər verir ki, "El Mundo"nəşrinin məlumatına görə, "kral klubu"nun müdafiəçisi Alvaro Karreras Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" ilə keçiriləcək ilk oyunu qaçıra bilər. Gənc müdafiəçinin zərbə nəticəsində aldığı əzilmə səbəbindən sıradan çıxdığı bildirilir.

Bundan başqa, diş ağrısı səbəbindən son bir neçə matçı buraxan yarımmüdafiəçi Eduardo Kamavinqa artıq komandanın bütün məşqlərində iştirak edib. Kilian Mbappe isə bazar günü klubun düşərgəsinə qayıtsa da, hələlik ümumi qrupla məşqlərə qatılmayacaq.

Xatırladaq ki, "Real" və "Mançester Siti" matçının start fiti martın 11-i Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin