"Real"ın "Selta" üzərində qazandığı çətin qələbəyə (2:1) baxmayaraq "kral klubu"nun bəzi futbolçularının çıxışı kəskin tənqid olunub.
Bizim.Media xəbər verir ki, "AS" nəşrinin yaydığı məlumata görə, müdafiəçi Trent Aleksander-Arnold, yarımmüdafiəçi Arda Güler və hücumçu Brahim Dias matçın ən zəif oyunçuları hesab ediliblər.
Arda Gülər Aurelyen Tçuameninin vurduğu ilk qolda məhsuldar ötürmə ilə yadda qalsa da, oyun ərzində topa cəmi 51 dəfə toxunub. Onun 84,2 faizlik ötürmə dəqiqliyi "Real"ın start heyəti arasında ən aşağı göstərici olub. Bununla yanaşı, türkiyəli futbolçu 12 dəfə top itkisi ilə yadda qalıb.
Trent Aleksander-Arnold isə "Selta"nın vurduğu qol epizodunda Villot Svedberqlə mübarizədə uduzaraq rəqibin qol ötürməsi verməsinə mane ola bilməyib. İngiltərəli müdafiəçi həmçinin 24 dəfə top itirərək bu sahədə komandanın antirekorduna imza atıb.
Brahim Diasa gəlincə, o, komandasının 58 hücumunda iştirak etsə də, rəqib qapısına bircə zərbə belə endirə bilməyib.
Qeyd edək ki, hazırda "Real" 27 oyundan sonra 63 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. 40 xalı olan "Selta" isə altıncı sıradadır.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:33 / 07.03.2026
Arda Güler matçın ən pis oyunçusu SEÇİLDİ
Hazırda oxunan: Arda Güler matçın ən pis oyunçusu SEÇİLDİ
Hazırda oxunan: Arda Güler matçın ən pis oyunçusu SEÇİLDİ
600240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































