Levandovski qoruyucu maskada məşqlərə BAŞLADI

Hazırda oxunan: Levandovski qoruyucu maskada məşqlərə BAŞLADI

599730

"Barselona"nın hücumçusu Robert Levandovski ağır zədədən sonra kataloniyalıların heyətində məşqlərə başlayıb.

Bizim.Media xəbər verir ki, klubun yaydığı məlumata görə, polşalı forvard məşqlər zamanı xüsusi qoruyucu maskadan istifadə etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, təcrübəli hücumçu La Liqanın 26-cı turunda keçirilən "Vilyarreal"la matçda (4:1) zədələnib. Futbolçuya sol göz yuvasının daxili sümüyünün sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə 32 oyuna çıxan Levandovski 14 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin