İspaniyanın "Barselona" klubunun heyətində ciddi itkilər baş verib.
Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisinin cinah müdafiəçiləri Jül Kunde ilə Alexandro Balde sıradan çıxıblar.
Hər iki futbolçu Kral Kubokunun yarımfinal mərhələsinin "Atletiko" ilə cavab oyununda (3:0) əzələ zədəsi alıblar.
"Diario Spport" nəşrinin məlumatına görə, oyunçuların zədəsi ciddidir. Balde təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Kunde isə 1 ay oynamayacaq.
Qeyd edək ki, Jül Kunde bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 40 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Alexandro Balde bütün turnirlərdə 34 oyun keçirib və 3 assist edib.
Rəşad Rafiqoğlu, Bizim.Media


































































































