Futbolçu klubla müqaviləni yeniləməkdən İMTİNA ETDİ

Hazırda oxunan: Futbolçu klubla müqaviləni yeniləməkdən İMTİNA ETDİ

599515

"Tottenhem"in müdafiəçisi Mikki van de Ven klubu ilə yeni müqavilə barədə danışıqlar aparmaqdan imtina edib.

Bizim.Media xəbər verir ki, "Givemesport" nəşrinin yaydığı məlumata görə, London klubu aparıcı müdafiəçisinə daha yaxşı şərtlərlə beşillik sözləşmə təklif etməyi planlaşdırırdı.

Lakin 24 yaşlı niderlandlı futbolçu komandanın hazırkı durumunda gələcəklə bağlı müzakirə aparmağa maraq göstərməyib.
 

Xatırladaq ki, "Tottenhem" Premyer Liqada bu mövsüm uğursuz çıxış edir. London təmsilçisi yeni ildən bəri qələbə qazana bilməyib və hazırda düşmə zonasını cəmi 4 xal qabaqlayır.


Qeyd edək ki, müdafiəçi ilə "Liverpul", "Real" və "Barselona" klubları yaxından maraqlanır. Bu fonda "Tottenhem" Mikki üçün təxminən 100 milyon funt sterlinq tələb etməyə hazırlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin