“Flamenqo”nun yeni baş məşqçisi BƏLLİ OLDU

Hazırda oxunan: “Flamenqo”nun yeni baş məşqçisi BƏLLİ OLDU

599477

“Flamenqo” baş məşqçi Filipe Luis ilə yolları ayırdıqdan sonra artıq onun əvəzləyicisini müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, "Globo" nəşrinin yaydığı məlumata görə, səkkizqat ölkə çempionunu portuqaliyalı mütəxəssis Leonardo Jardim çalışdıracaq. 

Tərəflər arasında 2027-ci ilin sonuna qədər müqavilə imzalanması nəzərdə tutulur.
 

Məlumata görə, klub rəhbərliyi Jardim ilə bütün detalları hələ Filipe Luisə istefa qərarını açıqlamazdan əvvəl razılaşdırıb.


Qeyd edək ki, karyerası ərzində "Olimpiakos", Lissabon "Sportinq"i və "Monako" kimi klubları çalışdıran 51 yaşlı mütəxəssisin son iş yeri 2025-ci ildə ayrıldığı digər Braziliya təmsilçisi "Kruzeyro" olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin