“Yuventus” kapitanla bağlı QƏRAR VERDİ

Hazırda oxunan: “Yuventus” kapitanla bağlı QƏRAR VERDİ

599310

"Yuventus" kapitanı Manuel Lokatellini uzun illər komandada saxlamağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, A Seriyası nəhəngi italiyalı yarımmüdafiəçinin müqaviləsinin müddətini uzadacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.
 

Artıq Lokatelli ilə razılıq əldə olunub. 28 yaşlı futbolunun 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməsi daha 2 il artırılacaq. Təcrübəli dayaq yarımmüdafiəçisinin illik maaşı 4 milyon avro təşkil edəcək.


Qeyd edək ki, "Yuventus" Manuel Lokatellini 2021-ci ilin yayında "Sassuolo"dan transfer edib.

İtaliya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin