Hollivud ulduzu yenidən klub satın almağa HAZIRLAŞIR

Hazırda oxunan: Hollivud ulduzu yenidən klub satın almağa HAZIRLAŞIR

599309

Hollivud ulduzu Rayan Reynolds "Reksem"dəki uğurlu layihəsini Braziliyada təkrarlamağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, "Topskills Sports UK" nəşrinin yaydığı məlumata görə, 49 yaşlı aktyor Braziliyanın "Santa Kruz" klubunu almağa çox yaxındır.

Tərəflər arasındakı danışıqların artıq yekunlaşma mərhələsində olduğu və Reynoldsun tezliklə rəsmən klubun sahibi statusunu əldə edəcəyi bildirilir.
 

Qeyd edək ki, hazırda Braziliya C Seriyasında mübarizə aparmağa hazırlaşan "Santa Kruz"un zəngin ənənələri və sadiq azarkeş ordusu var.


Son illərdə böhranla üzləşən klubun Rayan Reynoldsun gəlişindən sonra yenidən dirçələcəyi gözlənilir. Aktyorun özü də "Reksem"də tətbiq etdiyi uğurlu modeli burada reallaşdıra biləcəyinə inanır.

Xatırladaq ki, Rayan Reynolds 2021-ci ildə "Reksem"i aldıqdan sonra Uels təmsilçisi aşağı liqalardan sürətlə yüksələrək İngiltərə Premyer Liqasına vəsiqə uğrunda mübarizə aparacaq səviyyəyə gəlib çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin