Baş məşqçi yenidən Premyer Liqaya qayıtmağı HƏDƏFLƏYİR

Hazırda oxunan: Baş məşqçi yenidən Premyer Liqaya qayıtmağı HƏDƏFLƏYİR

599289

"Vest Hem" və "Vulverhempton"un sabiq baş məşqçisi Xulen Lopetegi yenidən Premyer Liqaya qayıtmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, "TalkSPORT" nəşrinin məlumatına görə, hazırda Qətər millisini çalışdıran və komandanı DÇ-2026-ya çıxaran ispanyalı mütəxəssis klub futboluna qayıtmağa hazır olduğunu bildirib.
 

"Vest Hem"dəki debüt mövsümündə istefaya göndərilməsinə baxmayaraq Lopetegi İngiltərə futboluna olan sevgisini gizlətməyib. Təcrübəli məşqçi Premyer Liqanı dünyanın ən yaxşı yarışı adlandıraraq xüsusilə azarkeşlərin yaratdığı mühiti yüksək qiymətləndirib.


Lopeteginin sözlərinə görə, hazırkı əsas hədəfi Qətər yığması ilə Dünya Çempionatında uğur qazanmaq olsa da, gələcəkdə İngiltərəyə qayıtmaq onun üçün böyük məqsəd olaraq qalır.

Qeyd edək ki, mütəxəssis 2022/23 və 2024/25 mövsümlərində müvafiq olaraq "Vulverhempton" və "Vest Hem" klublarını çalışdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin