"Bavariya" Keynlə danışıqlara BAŞLADI

Hazırda oxunan: "Bavariya" Keynlə danışıqlara BAŞLADI

599266

"Bavariya" futbolçusu Harri Keynin gələcəyi ilə bağlı qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu haqda insayder Fabritso Romano məlumat yayıb.
 

Münhen təmsilçisi 32 yaşlı hücumçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.Klub Keyni idman layihəsində mərkəzi fiqur kimi görür və onun komandada uzunmüddətli qalmasını təmin etməyə çalışır.


Tərəflər artıq əlaqə saxlayır və potensial yeni müqavilənin maliyyə və şəxsi şərtlərini müzakirə edirlər. İngiltərəli hücumçunun hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.

Keyn 2023-cü ilin yayında "Bavariya"ya qoşulub. Bu mövsüm o, bütün yarışlarda 36 oyuna çıxıb, 44 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin