Premyer Liqa: Qarabağ - Sabah matçında qalib müəyyənləşməyib
Misli Premyer Liqasında XXII tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun son matçında "Qarabağ" "Sabah"la qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan və 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3.
"Sabah"dan qolları Xəyal Əliyev (13), Aaron Maluda (54), Coy Lens Mikels (60) rəqib qapısından keçiriblər. "Qarabağ"ın heyətində isə Pedro Bikalyo (73), Kevin Medina (78), Musa Qurbanlı (84) fərqləniblər.
Bu nəticədən sonra xallarının sayını 53-ə çatdıran "Sabah" turnir cədvəlinə başçılıq edir. 46 xala malik "Qarabağ" isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1), "Turan Tovuz" - "İmişli" (0:0) görüşlərində isə qalib müəyyənləşməyib.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:21 / 01.03.2026
"Qarabağ" - "Sabah" matçında 6 qolluq heç-heçə - VİDEO
Hazırda oxunan: "Qarabağ" - "Sabah" matçında 6 qolluq heç-heçə - VİDEO
Hazırda oxunan: "Qarabağ" - "Sabah" matçında 6 qolluq heç-heçə - VİDEO
599064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































