Bakı Güləş üzrə Avropa çempionatına namizəd oldu

Hazırda oxunan: Bakı Güləş üzrə Avropa çempionatına namizəd oldu

59897

Bakı şəhəri 2023-cü il güləş üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Bizim.Media xəbər verir ki, gələn il 17 - 23 aprel təşkil olunacaq yarış üçün digər namizəd Xorvatiyanın paytaxtı Zaqrebdir.

Daha öncə 2010-cu ildə analoji yarış Azərbaycan paytaxtında keçirilib. Nüfuzlu yarışın təşkili paytaxtımıza həvalə olunsa, Avropanın ən güclü güləşçiləri 13 ildən sonra yenə Heydər Əliyev adına İdman Sarayında müəyyənləşəcək.

Bu il isə 5-6 noyabrda Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.

Hər iki yarışla əlaqədar Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Karl-Martin Ditman Bakıya gəlib.

UWW Avropanın prezidenti vəzifəsində də çalışan Ditman və ali qurumda fəaliyyət göstərən azərbaycanlı, UWW-nin yarış meneceri Ramil Əhmədov bu gün Bakıda güləş yarışlarının keçirilməsi üçün mövcud olan infrastrukturla tanış olub.

UWW rəsmiləri hər iki idman arenasına və bir neçə otelə baxış keçirib.

Bakı İdman Sarayında müxtəlif otaqlar nəzərdən keçirilib və komandaların məşqi üçün uyğun məkan seçilib.

Heydər Əliyev adına İdman Sarayında isə güləş yarışları zalı ilə yanaşı, məşq zalı, püşkatma zalı, çəki mərasimi məkanı, hakimlər otağı, tibb otağı və s. yerlərə baxış keçirilib.

UWW rəsmisi komandaların və digər qonaqların qalacaqları otellərdəki şəraitlə də yaxından tanış olub və bütün bunlarla bağlı qeydlərini aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin