Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi Ömər Rəcəbli (81 kq) yarışda finala vəsiqə qazanıb.
Bu gün həmçinin Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) da tatamiyə çıxıblar. Lakin onlar medal şanslarını itiriblər.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
19:54 / 28.02.2026
Cüdoçumuz finala yüksəldi
Hazırda oxunan: Cüdoçumuz finala yüksəldi
Hazırda oxunan: Cüdoçumuz finala yüksəldi
598870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































