Cüdoçularımız FİNALDA

Hazırda oxunan: Cüdoçularımız FİNALDA

598688

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində finalda üz-üzə gələcəklər. 

Bizim.Media xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev və Əhməd Yusifov finala yüksəliblər. Yığma üzvləri qızıl medal üçün münasibətlərə aydınlıq gətirəcəklər.
 

Turnirdə Nizami İmranov və Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) mübarizəni dayandırıblar. Şəfəq Həmidova (48 kq) isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq.


Qeyd edək ki, “Böyük Dəbilqə” turniri 1 mart tarixində başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin