“Qarabağ” ukraynalı futbolçusu ilə bağlı iddialara aydınlıq gətirdi

Hazırda oxunan: “Qarabağ” ukraynalı futbolçusu ilə bağlı iddialara aydınlıq gətirdi

598636

Ukrayna klubları Aleksey Kaşuk üçün “Qarabağ”a rəsmi təklif göndərməyib.

Bizim.Media xəbər verri ki, bu barədə AZƏRTAC-a Ağdam klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov məlumat verib.

“Ukraynanın heç bir klubundan Kaşuk üçün rəsmi transfer təklifi almamışıq”, - deyə klub rəsmisi bildirib.

Aleksey Kaşuk 2024-cü ildən “Qarabağ”ın formasını geyinir. O, bu müddətdə Azərbaycan çempionatında 67 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə Çempionlar Liqasında 8 matçda iştirak edən futbolçu 1 qola imza atıb. Ukraynalı yarımmüdafiəçi həmin görüşlərin yalnız birində start heyətində yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin