"Traktor" liderliyə YÜKSƏLDİ

Hazırda oxunan: "Traktor" liderliyə YÜKSƏLDİ

598560

"Traktor" İran çempionatının (Pro Liqa) növbəti turunda öz meydanında "Qol-Qohar"a qalib gəlib.

Bizim.Media xəbər verir ki, Təbrizin "Yadiqar-e İmam" stadionunda keçirilən matçda yeganə qolu 43-cü dəqiqədə Mehdi Haşimnejad vurub.
 

Baş hakim əvvəlcə oyundan kənar vəziyyət əsasında qolu ləğv etsə də, VAR-ın müdaxiləsindən sonra qərar dəyişib və qol qeydə alınıb.


Qeyd edək ki, bu qələbə Məhəmməd Rəbiinin rəhbərliyi altında "Traktor"un çempionatdakı ilk uğuru olub.

Bu nəticədən sonra xallarının sayını 39-a çatdıran Təbriz təmsilçisi müvəqqəti olaraq turnir cədvəlinin liderliyinə yüksəlib. "Qol-Qohar" isə 36 xalla 4-cü pillədə qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin