Sommer “İnter”dən AYRILACAQ

Hazırda oxunan: Sommer “İnter”dən AYRILACAQ

598531

İtaliyanın “İnter” klubunun əsas qapıçısı Yann Sommer mövsümün sonunda komandadan ayrılacaq.

Bizim.Media xəbər verir ki, 36 yaşlı qapıçının müqaviləsi yayda başa çatacaq və tərəflər arasında yeni sözləşmə imzalanması gözlənilmir.
 

Milan təmsilçisi yeni mövsüm üçün heyətini gənc qapıçı ilə gücləndirməyi planlaşdırır. Klub rəhbərliyi uzunmüddətli perspektiv üçün gənc və potensiallı qapıçı transferinə üstünlük vermək niyyətindədir.


Sommer 2023-cü ildə “İnter”ə transfer olunub və komandanın İtaliya A Seriyasındakı çempionluğunda mühüm rol oynayıb. Onun gələcək karyerasını hansı klubda davam etdirəcəyi hələlik məlum deyil.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin