“Sumqayıt”ın legioneri üçün mövsüm bitdi - FOTO

Hazırda oxunan: “Sumqayıt”ın legioneri üçün mövsüm bitdi - FOTO

598522

Misli Premyer Liqasının XXI turunun “Qəbələ” ilə matçında zədələnən və oyunu davam etdirə bilməyən “Sumqayıt”ın futbolçusu Roi Kehat vətəni İsraildə əməliyyat olunub.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulan yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib.

Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək. O, ən azı mövsümün sonuna qədər “Sumqayıt”a kömək edə bilməyəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin