Addai "Qarabağ"dan ayrılır?

Hazırda oxunan: Addai "Qarabağ"dan ayrılır?

598307

"Qarabağ" Emmanuel Addai ilə yollarını ayıracaq.

Bizim.Media xəbər verir ki, cari mövsümün sonunda müqaviləsi başa çatacaq qanalı vingerlə yeni sözləşmə ilə bağlı razılığa gəlmək olmur.

"Köhlən atlar" 24 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir. Lakin, o, azad agent kimi "Qarabağ"dan ayrılmaq istəyir. Buna səbəb Addainin Avropa klublarından aldığı təkliflərdir.
 

Xatırladaq ki, Addai 2024-cü ilin yayında İspaniyanın "Alkorkon" klubundan transfer olunmuşdu.


Qeyd edək ki, Emmanuel bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlər daxil olmaqla 36 rəsmi matçda iştirak edib, dörd qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb. (apasport.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin