Boksçumuz erməni rəqibini məğlub etdi – FOTO

Hazırda oxunan: Boksçumuz erməni rəqibini məğlub etdi – FOTO

598267

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turniri davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.
 

55 kq-da Zidan Hünbətov 1/8 finalda Jirayr Sarqsyanla (Ermənistan) döyüşüb. Boksçumuz erməni rəqibinə heç bir şans verməyib və hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). O, növbəti görüşdə ukraynalı Maksim Zimenko (Ukrayna) ilə üz-üzə gələcək. Döyüş fevralın 27-nə təsadüf edəcək.


Malik Həsənov (65 kq) turnirə qələbə ilə başlayıb. O, Cakomo Canniottini (İtaliya) məğlub edib.

Rəqib zədələndiyi üçün boksçumuz ikinci raundda qalib elan olunub – 4:0 (20:18, 19:19, 20:18, 20:18, 20:18). Həsənov fevralın 26-da 1/8 finalda ilk mərhələdən azad olan Artur Saakyanla (Ermənistan) qarşılaşacaq.

Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin