Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” İngiltərədə “Nyukasl”ın qonağı olub.
Komandamız ev sahiblərinə 3:2 hesabı ilə məğlub olub.
Beləliklə, "Nyukasl" 9:3 hesablı üstünlüklə 1/8 finala yüksəlib. Uğurlu ÇL mövsümü keçirən Qurban Qurbanovun komandası isə turnirlə vidalaşıb. Oyunu italiyalı Davide Massa idarə edib.
Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə ingilislər 6:1 hesablı qələbə qazanıblar.
UEFA Çempionlar Liqası
Pley-off, cavab görüşü
25 fevral
00:00. “Nyukasl” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 3:2 (İkinci hissə)
Qollar: Sandro Tonali, 5 (1:0), Joelinton, 6 (2:0), Kamilo Duran, 51 (2:1), Sven Botman, 52 (3:1),
Elvin Cəfərquliyev, 58 (3:2)
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Paireto (İtaliya)
VAR: Daniele Kiffi (Almaniya)
AVAR: Kristian Dingert (Almaniya)
Nyukasl, “St. Ceyms Park”
İlk oyun - 6:1
Bizim.Media

- A-
- A
- A+
İdman
01:51 / 25.02.2026
“Qarabağ”dan Çempionlar Liqasına ləyaqətli VİDA - VİDEO
Hazırda oxunan: “Qarabağ”dan Çempionlar Liqasına ləyaqətli VİDA - VİDEO
Hazırda oxunan: “Qarabağ”dan Çempionlar Liqasına ləyaqətli VİDA - VİDEO
598165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































