Misli Premyer Liqasında XIV turdan təxirə salınmış oyun keçirilib.
Bizim.Media xəbər verir ki, “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edib.
Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma Tovuz klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 9-cu dəqiqədə Alexandro Serrano açıb. Doqquz dəqiqə sonra Filip Ozobiç fərqi iki topa çatdırıb. Meydan sahiblərinin heyətində 47-ci dəqiqədə Seydina Keyta avtoqol müəllifi olub.
Hazırda qonaqlar 40 xalla turnir cədvəlinin 3-cü, ev sahibləri isə 15 xalla 10-cu pilləsində qərarlaşıblar.
Qeyd edək ki, dekabrın 8-də keçirilməli olan “Qəbələ” – “Turan Tovuz” oyunu qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:00 / 24.02.2026
“Turan Tovuz” Qəbələdə 3 xalı 3 topla qazandı - VİDEO
Hazırda oxunan: “Turan Tovuz” Qəbələdə 3 xalı 3 topla qazandı - VİDEO
Hazırda oxunan: “Turan Tovuz” Qəbələdə 3 xalı 3 topla qazandı - VİDEO
598095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































