Santuş: “Azərbaycan millisindən ayrıldıqdan sonra bir neçə təklif almışdım”

Hazırda oxunan: Santuş: “Azərbaycan millisindən ayrıldıqdan sonra bir neçə təklif almışdım”

598075

Fernandu Santuş Azərbaycan millisindən ayrıldıqdan sonra ona təkliflərin olub-olmaması barədə danışıb.

Bizim.Media "Bola na Rede"yə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Səudiyyə Ərəbistanına yollanmaq ehtimalı haqda fikirlərini də bildirib:

"Azərbaycan milli komandasından ayrıldıqdan sonra bir neçə təklif almışdım.

Bu və ya digər səbəbdən indiyə qədər heç biri reallaşmadı. Amma mən yeni imkanlara , təkliflərə daim açıqam. Səudiyyə Ərəbistanı Liqası danılmaz keyfiyyətə və beynəlxalq səviyyədə tanınmağa malik reallıqdır. Təbii ki, adımla bağlı şayiələr var və bir neçə əlaqə qurmuşam. Ancaq hazırda onların haradan qaynaqlanması barədə danışa bilmərəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin