Premyer Liqada təxirə salınmış oyun bu gün KEÇİRİLƏCƏK

Hazırda oxunan: Premyer Liqada təxirə salınmış oyun bu gün KEÇİRİLƏCƏK

598034

Bu gün Misli Premyer Liqasında bir oyun keçiriləcək.

Bizim.Media xəbər verir ki, 14-cü turundan təxirə salınmış matçda “Qəbələ” öz meydanında “Turan Tovuz”u qəbul edəcək.

Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçiriləcək.

Hazırda Tovuz klubu 37 xalla üçüncü, Qəbələ təmsilçisi isə 15 xalla onuncu pillədə qərarlaşıb.

Bu komandaların ilk dövrədəki oyununda “Turan Tovuz” 1:0 hesablı qələbə qazanıb.

24 fevral (çərşənbə axşamı)

15:00. “Qəbələ” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Qəbələ şəhər stadionu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin