"Qarabağ" bu gecə "Nyukasl Yunayted"in qonağı olur

Hazırda oxunan: "Qarabağ" bu gecə "Nyukasl Yunayted"in qonağı olur

597955

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" bu gecə növbəti oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, təmsilçimiz İngiltərənin "Nyukasl Yunayted" klubu ilə üz-üzə gələcək.

"Sent Ceyms Park" stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək. VAR hakimi Daniele Kiffi, onun köməkçisi almaniyalı Kristian Dinqert olacaq.

Qeyd edək ki, "Qarabağ" Bakıda keçirilən ilk oyunda "Nyukas Yunayted" klubuna 1:6 hesabı ilə məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin