Dibala vətəninə qayıdır

Hazırda oxunan: Dibala vətəninə qayıdır

597924

"Roma"nın hücumçusu Paulo Dibala karyerasını Argentinada davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, insayder Matteo Morettonun yaydığı məlumata görə, 32 yaşlı forvardın "Boka Xuniors"a keçidi gündəmdə gəlib.

Onun sözlərinə görə, tərəflər artıq danışıqlara başlayıblar.
 

Hazırda zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan və paytaxt klubunun son oyunlarını buraxan Dibalanın "Roma"dan ayrılması real görünür. "Boka Xuniors" ulduz futbolçunu 2026-cı ilin iyun ayında heyətinə qatmağı planlaşdırır.


Öz növbəsində, İtaliya təmsilçisi də oyunçunun müqaviləsindəki maliyyə şərtlərini aşağı salmağı nəzərdən keçirir.

Xatırladaq ki, Paulo Dibala cari mövsümdə "Roma"nın heyətində bütün turnirlərdə 22 matça çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, argentinalı hücumçunun vətəninə qayıtmaq ehtimalı yerli azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin