Mahir Emreli: “Daha çox oynamaq istəyirəm”

Hazırda oxunan: Mahir Emreli: “Daha çox oynamaq istəyirəm”

597906

Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" Almaniya II Bundesliqasının XXIII turunda səfərdə "Pröyssen"ə 3:2 hesabı ilə qalib gəlib.

Bizim.Media xəbər verir ki, zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalan azərbaycanlı hücumçu 88-ci dəqiqədə meydana daxil olub.

29 yaşlı futbolçu matçdan sonra "Der-betze-brennt" nəşrinə açıqlama verib. Mahir daha çox oynamaq istədiyini bildirib:

“Mənim üçün çətin dövr idi. İlk növbədə son aylarda mənə kömək edən və reabilitasiya prosesində məni dəstəkləyən hər kəsə təşəkkür etmək istəyirəm. Hazırda özümü 85–90 faiz hazır hiss edirəm. Motivasiyam isə 100 faizdir. Daha çox oynamaq istəyirəm. Ümid edirəm ki, bu mövsüm daha bir neçə qol vuracağam.”

Qeyd edək ki, mahir Emreli 2025-ci ilin noyabr ayından "Kayzerslautern"in oyunlarında iştirak etmirdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin