Mariya Stadnik Azərbaycan millisinin böyük məşqçisi TƏYİN EDİLDİ

Hazırda oxunan: Mariya Stadnik Azərbaycan millisinin böyük məşqçisi TƏYİN EDİLDİ

597881

Mariya Stadnik U-15 və U-17 yaş qrupu üzrə Azərbaycan millisinin böyük məşqçisi vəzifəsinə təyin edilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb. Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıb.

Qeyd edək ki, Toğrul Əsgərov əvvəlki kimi, böyüklər və U-23 milli komandasında, o cümlədən U-20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin