"Qarabağ"ın yeni transferi Qnali karyerasını fərqli ölkədə davam etdirməyə yaxın olub.
Bizim.Media xəbər verir ki, müdafiəçiyə Yunanıstanın “Atromitos” və "Asteras" klublarından rəsmi təklif gəlib.
Ona yunanlarla yanaşı, daha bir neçə klub maraq göstərsə də, Qnali sonda “Qarabağ”a keçidə üstünlük verib. 23 yaşlı sol cinah müdafiəçisinin Ağdam klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, konqolu futbolçu “Metz”B, “Tarazona”, “Melilla”, AEK(Larnaka) klublarında çıxış edib.
Bizim.Media




























































































