"Sabah" Premyer Liqada növbəti qələbəsini qazandı - VİDEO

Hazırda oxunan: "Sabah" Premyer Liqada növbəti qələbəsini qazandı - VİDEO

597706

Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.

"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.

88-ci dəqiqədə Kahim Parris fərqlənib.
 

Xallarının sayını 52-yə çatdıran Bakı klubu liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır.


Günün ilk görüşündə "Şamaxı" "İmişli" ilə bərabərə qalıb - 0:0.

Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib.

"Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu isə qeyri-müəyyən müddətə təxirə salınıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin